Xəbərlər


Jejudan daha bir medal

Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında "Neftçi İdman Klubu”nun daha bir idmançısı bürünc medal qazanıb. 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov Pakistan təmsilçisi Hüseyn Şah, iranlı Cavad Mahjoub və rusiyalı Arsen Omarov üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Kuba idmançısı Yoze Armentorosa məğlub olan cüdoçumuz bürünc medal uğrunda mübarizədə yaponiyalı Kensuke Sakamotodan üstün olub. Rəqibinə ipponla qalib gələn Qasımov yarışın bürünc medalına layiq görülüb.

Eyni çəkidə mübarizə aparan klubun digər cüdoçusu Elxan Məmmədov isə 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirin əvvəlki günlərində klubun yetirmələri Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) da bürünc medala sahib olmuşdular.

Beləliklə, Azərbaycan cüdoçuları Jeju Qran-prisində 3 bürünc medal qazanıblar ki, onların da hamısı "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur.

Jejudan daha bir medalJejudan daha bir medalJejudan daha bir medalJejudan daha bir medal
Jejudan daha bir medal
Jejudan daha bir medal