Xəbərlər


“Qaradağ Lökbatan” “Şəmkir”i də məğlub etdi

Birinci Divizionda XI turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” komandası bu turda "Şəmkir”i qəbul edib. Baxımlı oyun sərgiləyən futbolçularımız rəqibdən aşkar üstünlükləri ilə seçiliblər. Nəticədə Əfqan Talıbovun yetirmələri turnir cədvəlinin liderlər qrupunda yer alan "Şəmkir” komandasını 5:2 hesabı ilə məğlub ediblər.

Mövsüm ərzində qazandığı xalların sayını 28-ə çatdıran komandamız turnir cədvəlindəki ikinci yerini qoruya bilib.