Xəbərlər


Rüstəm Orucov da bürünc medal qazandı

Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub.

 

"Neftçi İdman Klubu”nun daha bir yetirməsi, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə isveçli Tommi Masias, polşalı Damian Şvarnoveski və Koreya təmsilçisi Sen-Ge Çai məğlub edərək başlayıb. Lakin yarımfinalda cüdoçumuz belçikalı idmançı Dirk van Tiçeltə məğlub olub. Orucov bürünc medal uğrunda döyüşdə daha bir Belçika təmsilçisi Sami Çouçi ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Rüstəm Orucov rəqibini məğlub edərək Qran-Prinin bürünc medalını qazanıb.

 

81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digər iki cüdoçumuz – Əbdülhəqq Rəsullu və Hüseyn Rəhimli isə məğlub olaraq mübarizəni dayandırmalı olublar.

 

Qeyd edək ki, klubumuzun daha bir üzvü - Orxan Səfərov (60 kq) da Qran-Prinin ilk günü bürünc medala sahib olub.

Rüstəm Orucov da bürünc medal qazandıRüstəm Orucov da bürünc medal qazandıRüstəm Orucov da bürünc medal qazandıRüstəm Orucov da bürünc medal qazandı
Rüstəm Orucov da bürünc medal qazandı
Rüstəm Orucov da bürünc medal qazandı