Xəbərlər


Paralimpiyaçımız Avropa üçüncüsü oldu

Macarıstanın Eger şəhərində paralimpiyaçıların pauerliftinq üzrə açıq Avropa çempionatı keçirilir.

Lisenziya xarakteri daşıyan mötəbər turnirdə "Neftçi İdman Klubu"nun təmsilçisi Ahməd Razm Azər də qüvvəsini sınayıb. 65 kq çəki dərəcəsində yarışan pauerliftinqçimizin çıxışı uğurlu olub. Razm Azər 174 kq ağırlığın öhdəsindən gələrək Avropa çempionatının bürünc medalına sahib olub.