Xəbərlər


Orxan Səfərov Jejuda bürünc medal qazandı

Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

Yarışın ilk günü "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu olub. Birinci gün tatami üzərinə üç idmançımız çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov turnirin bürünc medalına sahib olub. Təmsilçimiz yarışa Tayvan idmançısı Yunq Vey Yanq üzərində qələbə ilə başlayıb. Ardınca ispaniyalı Fransisko Harriqos ilə üz-üzə gələn Səfərov bu görüşdən də qalib ayrılıb. Dörddəbir finalda o, komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə bu mərhələyə belçikalı Senne Uins və Valid Hyarı məğlub etməklə yüksəlmişdi. Azərbaycan duelindən Səfərov qalib ayrılıb və yarımfinala adlayıb. Burada Monqolustan cüdoçusu Boldbatar Hanbatla bacarmayan idmançımız bürünc medal uğrunda görüşə çıxıb və venesuelalı Havyer Quedsi üstələyərək 3-cü olub.

İlqar Müşkiyev isə ilk təsəlliverici görüşdə braziliyalı Erik Takabataka məğlub olub və 7-ci pillədə qərarlaşıb.

Klubun digər yetirməsi Nicat Şıxəlizadə (66 kq) mübarizəyə ikinci turdan başlayıb. Belkçika idmançısı Kennet Van Qensbek və macarıstanlı Bens Zambori üzərində qələbə qazanan cüdoçumuz dörddəbir finala yüksəlib. Burada qazaxıstanlı Azamat Mukanovla üz-üzə gələn Nicat rəqibindən üstün olsa da, cidii zədələnib. Bu səbəbdən yarımfinala çıxa bilməyən idmançımız təsəlliverici görüşə də qatılmayıb və turniri 7-ci sırada tamamlayıb.

Orxan Səfərov Jejuda bürünc medal qazandıOrxan Səfərov Jejuda bürünc medal qazandıOrxan Səfərov Jejuda bürünc medal qazandıOrxan Səfərov Jejuda bürünc medal qazandı
Orxan Səfərov Jejuda bürünc medal qazandı
Orxan Səfərov Jejuda bürünc medal qazandı