Xəbərlər


Qılıncoynatma üzrə Bakı birinciliyi başa çatıb

Qılıncoynatma üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Gənclər arasında keçirilən paytaxt yarışı Qılıncoynatma Federasiyasının zalında baş tutub.

"Neftçi İdman Klubu”nun qılıncoynadanları 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla, birinciliyin 6 medalını qazanıblar. Xanım sablyaçılarımızdan Nərminə Cəfərova bütün görüşləri qələbə ilə başa vurub və qalib adını qazanıb. Günel Məmmədova və Aydan Verdiyeva isə bürünc medala yiyələniblər. Kişilər arasında təşkil olunan yarışda Xalid Əsədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Elvin Rzazadə gümüş, Cavanşir Ağakişiyev isə bürünc medala layiq görülüb.