Xəbərlər

Cüdoçularımız Çin Qran-Prisini 6 medalla başa vurdular

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. Turnirdə 66 ölkədən 422 cüdoçu (270 kişi, 152 qadın) qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri yarışın sonuncu günündə daha 3 medal qazanıblar. 90 kq çəkidə çıxış edən Ramin Qurbanov mübarizəyə ikinci turdan başlayıb. Əvvəlcə yerli idmançı Ksun Jao Çenqə qalib gələn cüdoçumuz daha sonra monqolustanlı Otqonbatar Lxaqvasuren üzərində qələbə qazanıb. Dörddəbir finalda Kuba təmsilçisi Esli Qonzalesə məğlub olan Qurbanov təsəlliverici görüşlərə qatılıb. O, ilk qarşılaşmada britaniyalı Enryu Bernsi, bürünc medal uğrunda mübarizədə isə Rusiya təmsilçisi Kiril Voprosovu "ippon” fəndi ilə məğlub edib və 3-cü olub.

Klubun digər yetirməsi Elmar Qasımov (100 kq) yaponiyalı Rutaro Qoto və gürcüstanlı Quram Tuşişvili üzərindəki inamlı qələbələri sayəsində dörddəbir finala adlayıb. Bu mərhələdə o, argentinalı Hektor Kamposu və koreyalı Hvanq Min-Honu məğlub etmiş komanda yoldaşı Elxan Məmmədovla üz-üzə gəlib. Azərbaycan duelindən qalib ayrılan Məmmədov yarımfinalda qazaxıstanlı Maksim Rakovla bacarmayıb. Ancaq cüdoçumuz Ukrayna təmsilçisi Artyom Bloşenkonu məğlub edərək bürünc medala yiyələnib. Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazanaraq eyni uğura imza atıb.

Bununla da Azərbaycan cüdoçuları Çin Qran-prisini 6 medalla başa vurublar. Yarışın əvvəlki günlərində İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olmuşdu. Bu göstərici ilə ölkəmiz yarışda kişilər arasında ən çox medal qazanan ölkə olub və yarışı 1-ci yerdə sona çatdırıb.

Qeyd edək ki, bu mötəbər turnirdə medal qazanmış bütün cüdoçular "Neftçi İdman Klubu”nun yetirmələridir.

Cüdoçularımız Çin Qran-Prisini 6 medalla başa vurdularCüdoçularımız Çin Qran-Prisini 6 medalla başa vurdularCüdoçularımız Çin Qran-Prisini 6 medalla başa vurdularCüdoçularımız Çin Qran-Prisini 6 medalla başa vurdular