Xəbərlər


“Qaradağ Lökbatan” bu dəfə də qələbə seriyasını davam etdirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda X turun oyunlarına yekun vurulub.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” komandası səfərdə "Turan Tovuz”la üz-üzə gəlib. Son turlarda qələbələri sıralayan və bununla da turnir cədvəlinin 2-ci pilləsinə yüksələn komandamız bu dəfə də meydandan qalib ayrılıb. Birinci hissədə tərəflərin qarşılıqlı həmlələrinə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Fasilədən sonra üstünlüyü əla alan "Qaradağ Lökbatan” 54-cü dəqiqədə Elvin İsmayılovun vurduğu qolla önə keçib – 1:0. Hücumlarının kəsərini bir qədər də artıran Əfqan Talıbovun yetirmələri 69-cu dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıblar. Bu dəfə Əliqulu Mənəfov "Turan Tovuz”u məyus edib. Matçın 80-ci dəqiqəsində rəqib komandanın oyunçusu Azər Məmmədov təsəlli qolunu vurub. Beləliklə, qarşılaşma "Qaradağ Lökbatan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da növbəti 3 xalını qazanan komandamız xallarının sayını 25-ə çatdırıb və turnir cədvəlinin liderlər qrupundakı yerini bir qədər də möhkəmləndirib.