Xəbərlər


Okeaniya kubokundan 3 medalla

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə açıq Okeaniya kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri yarışı 3 medalla başa vurublar. Cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) əvvəlcə amerikalı Tomas Karp, sonra isə britaniyalı Corc Smit üzərində qələbə qazanıb. O, yarımfinalda Əlcəzair idmançısı Abderəhman Benamidini üstələyib və finala yüksəlib. Həlledici görüşdə isveçrəli Siril Qrosklausu məğlubiyyətə uğradan Mehdiyev turnirin qızıl medalına sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə klubun digər cüdocuları Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal qazanmışdılar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Okeaniya kubokunun 1 qızıl, 2 gümüş və 2 bürünc medalına layiq görülüblər.