Xəbərlər


“Qaradağ Lökbatan” 2-ci pilləyə qalxdı

Birinci Divizionda IX turun oyunları keçirilir.

Ötən tur lider "Neftçala”nı məğlub edən "Qaradağ Lökbatan” bu dəfə MOİK-lə üz-üzə gəlib. Komandamız elə ilk hissədəcə oyunun taleyini öz xeyrinə həll edib. Belə ki, Əfqan Talıbovun yetirmələri ilk hissədə Elvin İsmayılov və Rüfət Məmmədovun vurduğu qollarla 2:0 hesabı ilə önə keçiblər. Fasilədən sonra hər iki komanda qapısının toxunulmazlığını təmin etdiyindən, matça bu hesabla da yekun vurulub.

Beləliklə, növbəti 3 xalını qazanan "Qaradağ Lökbatan” xallarının sayını 22-yə çatdırıb və turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.