Xəbərlər


U-17 komandamızdan daha bir qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Azərbaycan çempionatında dördüncü turun oyunlarına yekun vurulub.
Bu tur çərçivəsində "Neftçi" İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası "Zirə" ilə üz-üzə gəlib. Bakı Ali Neft Məktəbinin  stadionunda gerçəkləşən matçda  təmsilçimiz rəqibinə  1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın taleyini həll edən yeganə qola futbolçumuz Elmir Əkbərov imza atıb.
Xatırladaq ki, bu mövsüm  məğlubiyyət tanımayan  komandamız indiyədək iki görüşdə qələbə qazanıb, iki  oyunda isə heç-heçə edib.