Xəbərlər


Dünya Qadın Seriyası: "Neftçi" final mərhələsində "play-in"ə vəsiqə qazanıb

"Neftçi" Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb. Təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin "Yuanda" klubuna 16:12 hesabı ilə qalib gəlib. Bununla da komandamız qrup üçüncüsü kimi "play-in"ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi"nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də Bakı vaxtı ilə saat 11:25-də başlayacaq.