Xəbərlər


Konstitusiya gününə həsr olunmuş birincilik keçirilib

"Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Konstitusiya Gününə həsr olunmuş respublika birinciliyi sona çatıb. 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı tennisçilər arasında təşkil olunan yarışda "Neftçi İdman Klubu” İB, "Lokomotiv” İSM, "Təhsil” RİM, Bakı Tennis Məktəbi, Qaradağ UGİM komandaları, eləcə də, Sumqayıt, Şabran, Şirvan və Şəkidən 60-a yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələrindən Zemfira Mikayılova heç bir rəqib tanımayaraq qızıl medala sahib çıxıb. İlqar Əhmədov isə fəxri kürsünün 3-cü pilləsində qərar tutub.