Xəbərlər


Beynəlxalq Universitet İdman Festivalında növbəti medalı samboçumuz əldə edib

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
"Neftçi” İdman Klubunun samboçusu Adil Adilzadə turnirin mükafatçıları arasında yer alıb. Yetmiş doqquz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Daniil Orlov üzərində inamlı qələbə qazanıb və festivalın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Yarışda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Beynəlxalq Universitet İdman Festivalında növbəti medalı samboçumuz əldə edibBeynəlxalq Universitet İdman Festivalında növbəti medalı samboçumuz əldə edibBeynəlxalq Universitet İdman Festivalında növbəti medalı samboçumuz əldə edib