Xəbərlər


Dünya Qadın Seriyası: "Neftçi" Debretsen mərhələsinin dörddəbir finalında

Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları davam edir.
Bu mərhələdə B qrupunda yer alan "Neftçi" komandası inamla çıxış edərək, öncə Ukrayna yığmasını (22:6), ardınca isə ABŞ-ın U-24 millisini (21-9) məğlub edib və qrup lideri kimi dörddəbir  finala yüksəlib.
"Neftçi"nin dörddəbir final oyunu sabah Bakı vaxtı ilə saat 21:10-da D qrupunu ikinci sırada tamamlamış kollektivə qarşı baş tutacaq.