Xəbərlər


Cüdoçumuz Əhməd Yusifov Qran-pri turnirində gümüş medal əldə edib

"Neftçi" İdman Klubunun cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində gümüş medala layiq görülüb. Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici final qarşılaşmasında ukraynalı Dilşot Xalmatova məğlub olub və fəxri kürsünün ikinci pilləsində dayanıb.