Xəbərlər


"Neftçi" "RED BULL HALF COURT" turnirinin qalibi olub

Qadınlar arasında 3×3 basketbol üzrə "RED BULL HALF COURT" turniri keçirilib.
"Neftçi" komandası inamlı mübarizəsi sayəsində yarışın finalına yüksəlib. Həlledici qarşılaşmada "Legion" kollektivini 12:6 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz turnirin qalibi olub.
Qeyd edək ki,  komandamız qazandığı bu  uğura görə sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya finalında iştirak etmək hüququ əldə edib.
"Neftçi" "RED BULL HALF COURT" turnirinin qalibi olub