Xəbərlər


Yunan-Roma güləşçilərimiz ll MDB Oyunlarını 3 medalla başa vurublar

Belarusda təşkil olunan ll MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarış keçirilib.
"Neftçi" İdman Klubunun yunan-Roma güləşçiləri turnirin 3 medalına sahib çıxıblar. Pəhləvanlarımızdan Xasay Həsənli (77 kq) və Sərxan Məmmədov (130 kq) yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medala yiyələniblər. Klubumuzun digər təmsilçisi Elcan Məmmədov (82 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, MDB Oyunlarında sərbəst güləşçilər avqustun 9-da, qadın güləşçilər isə ayın 13-də çıxış edəcəklər.