Çexiyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində C qrupunda qərarlaşmış "Neftçi" ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib.
Komandamız növbəti oyunda Litva yığması ilə üz-üzə gəlib. Rəqibini 21:16 hesabı ilə məğlub edən təmsilçimiz qrup lideri kimi dörddəbir finala yüksəlib.