Xəbərlər


Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub

"Neftçi" İdman Klubunun paraüzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medala sahib olub.  Paralimpiya çempionu 100 metr məsafəyə brass üsulu ilə  üzmə yarışında 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Vəli İsrafilov bununla da Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.