Xəbərlər


Kikboksçularımız "Zəfər turniri"ni 5 medalla başa vurublar

Abşeron Olimpiya İdman  Kompleksində kikboksinq idman növü üzrə həvəskarlar və peşəkarlar arasında  "Zəfər turniri"  keçirilib.
"Neftçi" İdman Klubunun təmsilçiləri yarışda  2 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələniblər. Turnirin ən kiçik yaş qrupunda rəqib tanımayan Məhəmməd Dinbazov (18 kq, 2016-2017-ci il təvəllüdlülər) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Peşəkarlar arasında kubok qarşılaşmasında Eyyub Musayev (45 kq, 2006-2007) eyni uğuru təkrarlayaraq qızıl medala sahib olub.
 Fəridə Quliyeva (42 kq, 2008-2009) və  Sənan İsgəndərov (31 kq, 2016-2017) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Həsən Qurbanlı (47 kq, 2010-2011) isə turniri üçüncü pillədə başa vurub.
Kikboksçularımız  "Zəfər turniri"ni 5 medalla başa vurublarKikboksçularımız  "Zəfər turniri"ni 5 medalla başa vurublarKikboksçularımız  "Zəfər turniri"ni 5 medalla başa vurublar
Kikboksçularımız  "Zəfər turniri"ni 5 medalla başa vurublar
Kikboksçularımız  "Zəfər turniri"ni 5 medalla başa vurublar
Kikboksçularımız  "Zəfər turniri"ni 5 medalla başa vurublar