Xəbərlər


"Neftçi"nin Dünya Qadın Seriyasının növbəti mərhələsindəki rəqibləri müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində "Neftçi” komandasının qrupu  və oyun təqvimi bəlli olub.
Avqustun 4-5-də Çexiyanın paytaxtı Praqa şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Praqa mərhələsində iştirak edəcək "Neftçi” C qrupunda Litva və Latviya milliləri ilə mübarizə aparacaq. Təmsilçimiz qrupda ilk oyununu avqustun 4-də Bakı vaxtı ilə saat 15:40-da Latviya yığmasına  qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaq.