Xəbərlər


Üzgüçümüz dünya ikincisi olaraq Paralimpiya Oyunlarına lisenziya qazanıb

"Neftçi" İdman  Klubunun  paraüzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medala layiq görülüb. Üçqat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək bu uğura imza atıb.
Bununla da Raman Saley ölkəmizə  Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.