Xəbərlər


Dünya Qadın Seriyası: "Neftçi" Bordo mərhələsində mübarizəyə başlayır

Bu gün "Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində mübarizəyə başlayır. C qrupunda yer alan təmsilçimiz ilk olaraq Fransa millisi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:35-də start götürəcək. Komandamız ikinci görüşündə Polşa yığmasını sınağa çəkəcək. Bu qarşılaşma isə saat 23:20-də başlayacaq.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.
Xatırladaq ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərinin qalibi olub.