Xəbərlər


"Neftçi"nin Dünya Qadın Seriyasının növbəti mərhələsindəki rəqibləri bəlli olub

İyulun 19-20-də Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi təşkil olunacaq.
Bordo mərhələsində C qrupunda yer alacaq  "Neftçi” klubu Fransa və Polşa milliləri ilə mübarizə aparacaq. Komandamız qrupda ilk oyununu 19 iyulda Bakı vaxtı ilə saat 21:35-də Fransa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.