Xəbərlər


Dünya Qadın Seriyası: "Neftçi" Priştina mərhələsinin dörddəbir finalına yüksəlib

"Neftçi" komandası 3x3 basketbol üzrə  Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində qrup lideri kimi dörddəbir finala yüksəlib.
D qrupunda yer alan təmsilçimiz ilk matçda Niderland yığmasını 11:6, daha sonra Kosovo seçməsini 20:9 hesabı ilə məğlub edib.
Komandamız bu gün dörddəbir finalda Macarıstan təmsilçisi "Dyor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərinin qalibi olub.