Xəbərlər


"Neftçi"nin Dünya Qadın Seriyasında növbəti rəqibləri müəyyənləşib

"Neftçi”nin 14-15 iyulda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Kosovada keçiriləcək Priştina mərhələsindəki rəqibləri müəyyənləşib. Komandamız D qrupunda Hollandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.  Təmsilçimiz ilk matçını Hollandiya millisinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.