Xəbərlər


Dünya Qadın Seriyası: "Neftçi" Friburq mərhələsinin dörddəbir finalında

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq (İsveçrə) mərhələsinin qrup oyunları keçirilib.
A qrupunda yer alan  "Neftçi" komandası ilk oyunda Friburq mərhələsinin  reytinq xallarına görə bir nömrəsi sayılan Kanada millisinə 15-13 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada təmsilçimiz Malayziya millisi ilə üz-üzə gəlib. Rəqibini 21:7 hesabı ilə məğlubiyyətə uğradan "Neftçi" komandası dörddəbir finala yüksəlib.
Qeyd edək ki, final mərhələsinin oyunları iyulun 7-də keçiriləcək.
Xatırladaq ki, komandamız iyun ayında keçirilən Şuşa mərhələsinin və bugünlərdə sona çatmış Netanya mərhələsinin qalibi olub.