Xəbərlər


"Neftçi" Dünya Qadın Seriyasının növbəti mərhələsində mübarizəyə başlayır

"Neftçi" İdman Klubunun 3x3 basketbol komandası Dünya Qadın Seriyasının İsveçrənin Friburq şəhərində keçiriləcək növbəti mərhələsində bu gün mübarizəyə başlayacaq. Bu mərhələdə A qrupunda yer alan təmsilçimizin rəqibləri Kanada və Malayziya  yığmaları olacaq. Komandamız ilk oyununu Kanada millisinə qarşı keçirəcək.
Yarışda Fransa, Çin, Yaponiya, İtaliya, Portuqaliya, İsveçrə, Ukrayna, Yeni Zelandiya, İsrail, Latviya milliləri, Çinin "Yuanda", Macarıstanın "Dyor" və İsveçrənin "Friburq" klubları da mübarizə aparacaq.
Qeyd edək ki, 16 kollektivin yer aldığı turnirdə qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.