Xəbərlər


"Neftçi" dünya qadın seriyasının finalında

"Neftçi" 3x3 basketbol üzrə dünya qadın seriyasının İsraildə keçirilən Netanya mərhələsində finala yüksəlib. Komandamız  yarımfinalda İsrail millisi ilə qarşılaşıb. Rəqibini 19:15 hesabı ilə məğlub edən "Neftçi" komandası finala vəsiqəni təmin edib.
Qeyd edək ki, təmsilçimizin finalda rəqibi güclü Çin millisi olacaq.