Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Neftçi” İdman Klubunun şahmatçısı Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib.
Siyahıya yenə də norveçli dünya çempionu Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.