İsrailin Netanya şəhərində 3x3 basketbol üzrə keçirilən dünya qadın seriyasının növbəti mərhələsi çərçivəsində ilk oyun gününün görüşləri keçirilib.
"Neftçi" İdman Klubunun təmsilçisi qrupun ilk oyununda Hollandiya millisi ilə üz-üzə gəlib və rəqibini 17-14 hesabı ilə məğlub edib. Komandamız qrupda növbəti oyununu Macarıstanın "Qyor" klubuna qarşı keçirib və bu matçdan da qalib ayrılıb – 18:14. Təmsilçimiz qrupda sonuncu oyunu Litva millisinə qarşı keçirib və 20-14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib.
Qeyd edək ki, "Neftçi"nin yarımfinal qarşılaşması iyulun 3-də Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq.