Xəbərlər


"Neftçi"nin 3x3 basketbol üzrə dünya qadın seriyasında növbəti rəqibləri bəlli olub

"Neftçi”nin 3x3 basketbol üzrə dünya qadın seriyasının Netanya mərhələsindəki rəqibləri bəlli olub. Komandamız 2-3 iyulda İsrailin Netanya şəhərində təşkil olunacaq  turnirdə Hollandiya, Litva və Macarıstanın "Qyor" klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq. 
Qeyd edək ki, qruplarda birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə dörddəbir finala vəsiqə qazanacaqlar.