Xəbərlər


Boksçumuz Murad Allahverdiyev Avropa Oyunlarını bürünc medalla başa vurub

"Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən təmsilçimiz bu mərhələdə xorvatiyalı  Qabriyel Veoçiçlə üz-üzə gəlib. Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə uğrayıb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən Murad Allahverdiyev Avropa Oyunlarını bürünc medalla başa vurub.