Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş akrobatika gimnastikası üzrə "Neftçi" İdman Klubunun birinciliyinə yekun vurulub. "Judo Club 2012”nin idman zalında keçirilən yarışda 60-a yaxın idmançı bacarığını nümayiş etdirib.
Birinciliyin keçirilməsində məqsəd akrobatika gimnastikası idman növünün inkişaf etdirilməsi, gənc və perspektivli idmançıların müəyyən edilməsi, eləcə də bu idman növündə respublikadaxili və beynəlxalq yarışlarda iştirak edəcək "Neftçi" İdman Klubunun yığma komandasının tərkibinin müəyyən edilməsi idi.
Turnirdə gimnastlar müxtəlif proqramlar üzrə yarışıblar.
Qalib və mükafatçılar "Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Medalçıları təqdim edirik:
Qadın cütlüyü (böyüklər)
1. Aytəkin Əmirova-Humay Tağıyeva
2. Rahilə Şirəliyeva-Lalə Qarazadə
3. Mina Beydiyeva-Ayla Zakiryaeva
Qadın cütlüyü (gənclər)
1. Milana Salmanova-Sevinc Niftəliyeva
2. Nərmin Salmanova-Zərifə Azaylı
3. Məryəm Baxışzadə-Ləman Nəcəfova
Qadın cütlüyü (uşaqlar)
1. Lamiyə Allahverdiyeva-Leyla Allahverdiyeva
2. Mədinə Bağırzadə-Məryəm Xəlilova
3. Şəhla Abbaslı-Məryəm Hacızadə
Qadın cütlüyü (balacalar)
1. Xədicə Oruclu-Ayla Hacıyeva
2. Nigar Əliyeva-Fidan Mütəllimli
3. Ela Kərimli-Dəniz Allahyarova
Qarışıq cütlük (yeniyetmələr)
1. Əlixan Qasıyev-Emina Əhmədova
2. Səid Hüseynli-Dəfnə İsazadə
3. Hüseyn Hüseynov-Zeynəb Nəzərzadə
Sərbəst hərəkətlər:
2017-2018
Qızlar
1. Əminə Əliyeva
2. Banu Əlizadə
3. Özgül Cəfərova
Oğlanlar
1. Famil Mustafazadə
2. Uğur Əliyev
3. İbrahim Daşdəmirov
2015-2016
Qızlar
1. Sofiya Fərəcova
2. Cahan Mustafayeva
3. Zəhra Vəlizadə
Oğlanlar
1. Emil Adıgözəlli
2. Şəhriyar Əsədzadə
3. İsmayıl Daşdəmirli
2012-2014
Qızlar
1. Sofiya Qədiyeva
2. Məryəm Əliyeva
3. Zeynəb Nəzərzadə
Oğlanlar
1. Onur Daşdəmirli
2. Elhat Hətəmov
3. Nurlan Hətəmov