Xəbərlər


"Neftçi"nin dünya qadın seriyasının Puatye mərhələsindəki rəqibləri müəyyənləşib

İyunun 27-28-də Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə dünya qadın seriyasının növbəti mərhələsi təşkil olunacaq.
Bu mərhələdə A qrupunda yer alacaq "Neftçi” komandası Kanada və İtalya milliləri ilə mübarizə aparacaq.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.
Xatırladaq ki, komandamız bu yaxınlarda tarixi uğura imza ataraq, 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin qalibi olub.