Xəbərlər


Dünya qadın seriyasının Orlean mərhələsində "Neftçi" nin rəqibləri müəyyənləşib

İyunun 23-24-də Fransanın Orlean şəhərində 3x3 basketbol üzrə dünya qadın seriyasının növbəti mərhələsi keçiriləcək.
Bu mərhələdə "Neftçi” komandası A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Xatırladaq ki, komandamız bugünlərdə tarixi uğura imza ataraq, 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin qalibi olub.