Xəbərlər


Bakı birinciliyindən 11 medal

Bakı İdman Sarayında cüdo üzrə yeniyetmələr (1999-2001) arasında Bakı şəhər açıq birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yeniyetmə cüdoçuları paytaxt yarışının 4-ü qızıl, 1-i gümüş və 6-sı bürünc olmaqla 11 medalını qazanıblar. Oğlanlar arasında İbrahim Əliyev (60 kq), Arif Qasımov (81 kq) və Əliqismət Nuriyev (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıblar. Zərif cinsin nümayəndələrindən isə Şərqiyyə Heydərova (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.