Xəbərlər


Cüdoçularımız Afrikada 2 medal qazandılar

Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatında "Neftçi İdman Klubu”nun cüdoçuları 2 medala sahib olublar. 81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu qətərli Usama Xadcamanı məğlub edib. Dörddəbir finalda Monteneqro cüdoçusu Sırcan Mravleviçlə bacarmayan idmançımız təsəlliverici görüşlərə qatılıb. O, bu mərhələdə əvvəlcə qabonlu Pol Kibikaiyə qalib gəlib. Daha sonra Marko Bubanyanı məğlubiyyətə uğradan Rəsullu bürünc medala yiyələnib. Klubun daha bir yetirməsi Məmmədəli Mehdiyev (90 kq) də eyni uğura imza atıb. Bu yolda o, Çili idmançısı Tomas Briseno və mərakeşli İmad Abdullauini üzərində qələbə qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə Əlcəzair cüdoçusu Abderəhman Benamadiyə uduzan Mehdiyev, üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Bernsi məğlub edib.