20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək. Yarışda 3x3 qadın millimizlə yanaşı, ikisi klub komandası olmaqla, ümumilikdə 12 komanda mübarizə aparacaq. Turnirdə Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığma komandaları, eləcə də Çinin "Yuanda" və Azərbaycanın "Neftçi" klubları da Dünya Qadın Seriyasında medallar uğrunda yarışacaq.
Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və CBC Sport telekanalında canlı yayımlanacaq.