Xəbərlər


Futzal komandamız güclü rəqibini məğlubiyyətə uğratdı

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ikinci turunun oyunları keçirilib.
"Neftçi İdman Klubu” "Baku Fire" komandası ilə növbəti dəfə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən (1:1) komandalar əlavə 10 dəqiqə oynamalı  olublar. Çünki əsasnaməyə görə, 40 dəqiqə ərzində qalib müəyyənləşməsə, tərəflər hər biri 5 dəqiqədən ibarət daha 2 hissədə mübarizəni davam etdirməlidir ki, belə də oldu. Əlavə vaxtda daha əzmkar oyun nümayiş etdirən və yekunda 4:3 hesablı qələbə qazanan  təmsilçimiz seriyada da hesabı bərabərləşdirdi.  "Neftçi İdman Klubu"nun  heyətində Ali Mikaili  (9:48, 44:20, 49:44) və Namiq Məmmədkərimov (27:55) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu komandalar arasında ümumi hesab bərabərləşdiyindən  3-cü oyun keçiriləcək.
Futzal komandamız güclü rəqibini məğlubiyyətə uğratdı