Xəbərlər


Samboçularımız açıq respublika turnirində 5 medala yiyələniblər

Ağdam Olimpiya İdman Kompleksində şəhid Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib.
2007-2009-cu illər təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər və 5 medala (2 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar.
Samboçularımızdan Sadiq Nadirov (64 kq) və Hüseyn Hüseynli (88 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız – Toğrul Kərimli (53 kq) və Asim Səlimli (+88 kq) gümüş, Yusif Hüseynov (42 kq) isə bürünc medal qazanıb.
Samboçularımız açıq respublika turnirində 5 medala yiyələniblərSamboçularımız açıq respublika turnirində 5 medala yiyələniblərSamboçularımız açıq respublika turnirində 5 medala yiyələniblər
Samboçularımız açıq respublika turnirində 5 medala yiyələniblər
Samboçularımız açıq respublika turnirində 5 medala yiyələniblər