Xəbərlər


Kiçikyaşlı şahmatçımız Bakı birinciliyində bürünc medala sahib olub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 3 saylı RİOEUGŞM–də 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə paytaxt  birinciliyi keçirilib. Yarışda ümumilikdə 82 şahmatçı bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun təmsilçisi Mehri Fətullalı turnirdə uğurla çıxış edərək, qızlar arasında bürünc medala layiq görülüb. 
Qeyd edək ki, oğlanlar arasında ilk 5 yeri, qızlar arasında isə ilk 6 yeri tutan şahmatçılar Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.
Kiçikyaşlı şahmatçımız Bakı birinciliyində bürünc medala sahib olub