Xəbərlər


Samboçularımız Avropa çempionatını 6 medalla başa vurublar

İsrailin Hayfa şəhərində yeniyetmələr, gənclər və kişilər arasında keçirilən sambo üzrə Avropa birinciliyi və  çempionatına yekun vurulub.
"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində təmsil olunan samboçuları  mötəbər yarışın 6 medalına sahib olublar.
Yeniyetmə idmançılar arasında Toğrul Kərimli (53 kq) və Hüseyn Hüseynli (88 kq) qitə birinciliyinin  bürünc medalına layiq görülüblər. Gənclərin mübarizəsində Sahib Babayev (58 kq) və Məhəmməd Məmmədzadə (+98 kq), kişilər arasında isə Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) eyni uğura imza ataraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Samboçularımız Avropa çempionatını 6 medalla başa vurublarSamboçularımız Avropa çempionatını 6 medalla başa vurublarSamboçularımız Avropa çempionatını 6 medalla başa vurublar