Yeniyetmələr (2008-2010) arasında sərbəst güləş üzrə "Neftçi İdman Klubu”nun açıq birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan və Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinin güləş zalında keçirilən yarışda idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar.
Birincilikdə Fərid Məlikli (38 kq), Şirxan İsmayılov (41 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Amin İsmayılov (49 kq), Nihat Hacıyev (52 kq) və Fərid Quluzadə (57 kq), İbrahim Qədirli (62 kq), Məhəmmədəli Əliyev (68 kq), Orxan Qeysov (75 kq), Allahverdi Kərimli (85 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıblar.
Qeyd edək ki, qalib və mükafatçılara "Neftçi İdman Klubu" tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Medalçıları təqdim edirik:
38 kq
1.Məlikli Fərid
2.İsmayılov Sadiq
3.Ağaverdiyev Manaf
3.İtrıqunov Aleksandır
41 kq
1.İsmayılov Şirxan
2.Əliyev Akif
3.Ələkbərli İbrahim
3.Səfərov Ümid
48 kq
1.Əhmədzadə Hacıhüseyn
2.Sulxayev Məhəmməd
3.Əhmədov Ömər
3.Musayev Rza
49 kq
1.İsmayılov Amin
2.Sultanov Əbdülrəhman
3.Niftəliyev Musa
3.Məmmədzadə İbrahim
52 kq
1.Hacıyev Nihat
2.Nəcəfov İsmayıl
3.Cəfərzadə Toğrul
3.Əliyev Ömər
57 kq
1.Quluzadə Fərid
2.Həsənli Nicat
3.Poladli Məhəmməd
3.Məmmədov Məhəmməd
62 kq
1.Qədirli İbrahim
2.Xaliqov Rail
3.Məmmədzadə Sabir
3.Məmmədov Elman
68 kq
1.Əliyev Məhəmmədəli
2.Əhmədli İbrahim
3.Qubatov Amin
3.Salahov Elmar
75 kq
1.Qeysov Orxan
2.Məmmədov Alim
3.Əlili Əli
3.Əlizadə Rza
85 kq
1.Kərimli Allahverdi
2.Əlixanov Fərid
3.Əliyev Əli
3.Hüseynli Fuad