Xəbərlər


Voleybol komandamız bürünc medala bir qədər də yaxınlaşıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsinin növbəti oyunları keçirilib.
Voleybol Mərkəzində təşkil olunan matçda  "Neftçi İdman Klubu" və MOİK üçüncülük yolunda bir daha meydana çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn (3:0)  komandamız  bu dəfə rəqibin daha ciddi müqavimətilə qarşılaşıb. Bununla belə, "Neftçi İdman Klubu" rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edib və bürünc medala bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, ölkə çempionatının  reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparırlar.
Voleybol komandamız bürünc medala bir qədər də yaxınlaşıb