Xəbərlər


Yeniyetmə güləşçilərin Bakı birinciliyinə yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Şağan Olimpiya İdman Kompleksində on beş yaşadək yeniyetmələr arasında (U-15) sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.
"Neftçi İdman Klubu”nun yetirmələri turnirin 8 medalına (1 qızıl, 4 gümüş, 3 bürünc) yiyələniblər.
Sərbəst güləşçilərimizdən Məhəmməd Ələkbərli (57 kq) və Məhəmmədəli Əliyev (68 kq) yalnız həlledici final qarşılaşmasından məğlub ayrılıblar və gümüş medala layiq görülüblər.
Yunan-Roma güləşçilərimizdən Məhəmməd Ələkbərli (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eldəniz Allahverdiyevlə (44 kq) Hüseyn Məmmədtağızadə (75 kq) ikinci, Qurban Məcnunov (38 kq), Raul Dadaşov (57 kq) və Əbəlfəz Fərəcli (68 kq) isə üçüncü yeri tutublar.
"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri ümumi komanda hesabında yarışı üçüncü pillədə başa vurublar.