Futbol üzrə Azərbaycan I Divizionunda XXIII turun oyunları keçirilir.
"Qaradağ Lökbatan" bu tur çərçivəsində "Sumqayıt-2” komandası ilə üz-üzə gəlib. Sumqayıt şəhərindəki "Kapital Bank Arena”nın ehtiyat meydançasında təşkil olunan qarşılaşmada "Qaradağ Lökbatan” rəqibi üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Nihad Ağayev (57'), Ramin Məhərrəmli (65') və Ceyhun Muxtarlı (82') fərqləniblər.