Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, dövlət qurumları arasında keçirilən minifutbol turnirinin ikinci mərhələsində birinci turun oyunlarına yekun vurulub.
B qrupunda yer alan "SOCAR" komandası "Azərişıq" ASC-nin kollektivi ilə qarşılaşıb. Böyükşordakı "Azfar" meydançasında təşkil olunan qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Daha inamlı çıxış edən təmsilçimiz güclü rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. "SOCAR"-ın heyətində Elnur Hüseynov dubla imza atıb. Digər topu isə Ramil Mansurov "Azərişıq" komandasının qapısından keçirib.
Qeyd edək ki, minifutbol turnirinə mayın 6-da yekun vurulacaq.