Xəbərlər


Voleybol komandamız əsas mərhələni qələbə ilə başa vurub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.
Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və "Neftçi İdman Klubu" komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. "Neftçi İdman Klubu"  əsas mərhələdəki son matçında 3:2 (25:16, 14:25, 21:25, 25:22,15:11) hesablı qələbə qazanıb.
Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Murov" dördüncü yerin sahibi MOİK-lə, ikinci olan "Xarı bülbül" isə üçüncü yeri tutan "Neftçi İdman Klubu"   komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final raundu isə üç qələbəyə kimi oynanılacaq.